Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

Qədim-qayım yurdumuz olan Ağdam erməni vandalizminin ən ağlasığmaz,insanlıqdan uzaq tarixini yaşamışdır.Xalqımızın düçar olduğu I Qarabağ müharibəsində Ağdamın daha böyük bəlalarla üzləşməsi təsadüfi deyildi.Şəhərin strateji mövqeyi,Azərbaycan tərəfi üçün əhəmiyyəti danılmaz bir fakt idi.Hələ SSRİ dövründə burada sovet ordusunun silah anbarı yerləşirdi.Şər imperiyası dağıldıqdan sonra bu hərbi anbar Azərbaycan hökumətinə dövr edidi.Ermənilər “düşmən yuvası” adlandırdıqları Ağdama buna görə belə can atırdılar.Əhalinin sıx məskunlaşdığı bu şəhərin işğalı gələcək planların reallaşmasına “zəmin olacaqmış”...
Kəlbəcərin işğalından sonra Ağdama diş qıcırdan yırtıcılar çoxsaylı qoşun bölmələrindən,eləcə də Suriya,Livan və başqa ölkələrdən gəlmiş muzdlulardan istifadə edərək geniş miqyaslı əməliyyata başladılar.Şəhər uğrunda sözün həqiqi mənasında ölüm-dirim savaşı gedirdi.Qarabağ müharibələri ərzində Azərbaycan tərəfinin ən çox şəhid verdiyi şəhər də Ağdam oldu.5000 Azərbaycan əsgəri müqəddəs müharibədə Vətənə fəda oldu...
İşğalçı qüvvələr ələ keçirdikləri ərazidə icyimai binaları,tarixi abidələri,yaşayış tikililərini dağıdır,bütün toponimləri saxtalaşdırır,kənd,qəsəbə adlarını erməniləşdirirdilər.
Lakin şər bir gün öz quyusuna gömüləcəkdi...Adına Vətən dediyimiz o şərəfli savaşda müzəffər ordumuz Ağdamı yağı caynağından xilas edərək,öz taleyinə qovuşdurdu.Düşmən şəhərdə daşı daş üstə qoymamışdı.Şahbulaq qalası,Ağdam Cümə məscidi,Çay evi,İmarət qəbristanlığı,Qutlu Musa türbəsi,Pənahəli xanın sarayı,Xurşidbanu Natəvanın türbəsi,daha nələr,nələr... Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada 15 mindən artıq fərdi yaşayış evi, 31 çoxmərtəbəli bina olub, 42 mindən çox insan yaşayıb. Ağdamda 17 sənaye müəssisəsi fəaliyyət göstərirdi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində xarabalıqlar qalıb.Şəhəri ziyarət edən amerikalı jurnalist Tomas de Vaalın Ağdamı “Qafqazın Xirosiması” adlandırması da təsadüfün işi deyildi.
Ancaq Azərbaycan hökuməti Ağdamın bərpası və əvvəlki qüdrətinin qaytarılması üçün lazım olan hər şeyi edir.Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü təsis edilmişdir.Şəhərin bərpası üçün kifayət qədər dövlət vəsaiti ayrılmış və tikinti-quruculuq işləri geniş vüsət almışdır. Ağdam həmçinin “ağıllı şəhər” konsepsiyası çərçivəsində müasir texnologiyalarla yenidən qurulur. Azərbaycan hökuməti bu konsepsiyanı icra etmək üçün qabaqcıl yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. Şəhər həm tarixi əhəmiyyətini qoruyacaq, həm də müasir texnologiyaların tətbiqi ilə gələcəyə yönəlmiş bir mərkəzə çevriləcək. Eyni zamanda, Ağdamın mədəni və turizm potensialını bərpa etmək üçün qədim abidələr və şəhərin simvolik məkanları da bərpa olunur.
Cənab Prezident işğaldan azad edilən ərazilərimizin qurulmasına, orada insanların yaxşı yaşayışı üçün bütün şəraitin yaradılmasına, iş yerlərinin açılmasına çox böyük diqqət göstərir.Torpaqlarımızı Ordumuzun qüdrəti ilə azad etdiyi kimi, dövlətimizin qüdrəti ilə qurub inşa edəcək. Belə ki, Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Artıq 5 rezident işə başlayır. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atmağa başlayır. Şəhərin gələcək inkişaf planlarında, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması nəzərdə tutulmuşdur. Burada yaşayacaq ağdamlıların işlə təmin olunması üçün iş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaqdır. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investor marağını da artırır. Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.
İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur. Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcəkdir. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaqdır. Yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi ediləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. 1 nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird təhsil alacaqdır. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapmışdır. Rayonun yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaqdır. Görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır. İcra olunan layihələr onu göstərir ki, bütün maliyyə və texniki imkanları, habelə kadr potensialı peşəkar şəkildə səfərbər olunubdur.
Azad edilmiş ərazilərin bərpasına dair Baş plana əsasən 2040-cı ilə qədər 100 min nəfərin yaşayacağı Ağdam respublikanın dördüncü şəhərinə çevriləcəkdir.
Zabrat qəsəbəsi,192 nömrəli orta ümumtəhsil məktəbinin
tarix müəllimi Elxan İsmayılov
- 2

