Deputat Səttar Möhbalıyev seçicilərlə görüşlərini davam etdirir -Foto
Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti dəfə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda vətəndaşlarla görüşüb.
aia.az xəbər verir ki, 8 aprel tarixində keçirilən görüş
Babək rayonunun Cəhri qəsəbəsində baş tutub.
Səttar Möhbalıyev görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.
Müraciətlərdən biri də qəsəbənin su məsələsi ilə bağlı olub. Deputat şəxsi vəsaiti ilə qəsəbədə artezian quyusunun qazılması üçün köməklik edib.
Səttar Möhbalıyevin aprelin 8-də Babək rayonunda keçirdiyi qəbulda iştirak edən seçicilər görüşdən məmnunluqlarını ifadə edib, onlara və ümumilikdə Naxçıvanın inkişafına göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.
- 1