AAAF yaşayış kompleksində inşa edilən tikili barədə: Köhnə tikili yenilənir, Ümumilli Liderin posteri daha geniş ərazidə yerləşdiriləcək
AAAF Park yaşayış kompleksinin girişində inşa edilən obyektlə bağlı Fim.az saytında yayımlanan məsələyə aydınlıq gətirilib. Gündəmə gətirdiyimiz mövzuyla bağlı oxuculara bildirmişdik ki, inşa edilən tikinti ilə əlaqədar aidiyyatı orqanlardan və AAAF rəhbərliyindən məlumat alıb ictimaiyyəti məlumatlandıracağıq.
Tikintini həyata keçirən şəxslərin verdiyi məlumatda bildirilir ki, AAAF park kompleksinin girişində yerləşən köhnə tikili yenilənir və daha müsair standartlara cavab verəcək vəziyyətə gətirilməsinə çalışır. Aparılan tikinti işləri Şəhərsalma və Tikinti Məcəlləsinin prosedurlarına, tikinti normativlərinə və qaydalarına uyğun olaraq aparılır. Yenilənən obyektin tikintisi üçün lazım olan sənədlər qaydasındadır. Obyektin yenilənməsi ilə bərabər,həmdə ərazidə yaşıllaşdırma işi görülür.
AAAF park kompleksinin mətbuat xidmətindən saytımıza verilən məlumata əsasən qeyd olunan torpaq sahəsində Zirvə İdman klubu stendi və Ulu Öndər Heydər Əliyevin posteri olmuşdur. Zirvə İdman klub ləğv olunandan sonra klubun güşəsi sökülüb və orada yerləşən Ulu öndər Heydər Əliyevin posterinin yeri isə dəyişdirilərək yenidən quraşdırılır. Belə ki, Ulu öndər Heydər Əliyevin daha böyük və möhtəşəm posteri AAAF park kompleksinin giriş hissəsində sağ tərəfdə daha geniş yerdə yerləşdiriləcək.
- 18