Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Avtomobil qəzasında həyatını vaxtsız itirmiş yaxın dostum,qardaşım 41 yaşlı Samir Abdullayevin ruhuna ağı
Bu, nə xəbər idi, Samir qardaşım,
Belə tez ölməyə dəyərdimi heç?
Sənin gülüşünə tamarzı gözlər
Bir yol baxışını əyərdimi heç?
İndi o gözlərə qəm-qubar enib,
İndi lal dodaqlar bağırır necə.
Kaş görə biləydin, kaş, uşaqların
Necə “ata” deyib çağırır, necə...
Ölüm nə tez gəldi, vaxtsız haqladı,
Budaqtək ağacdan qopardı səni.
Sanki heç ölmədin, yuxuya getdin,
Mələklər qoynunda apardı səni.
Eh, yaxşı insanlar nə tez ölürlər?!
Ölümə həyatın nazımı deyim?
Allah necə qıydı sənə, qardaşım,
Buna tale deyim, yazımı deyim?
Bəlkə də sənintək insan doğulmaz,
Sən getdin, yerinsə boş qalıb, Samir.
Allah da şahiddir, sən ölən gündən
Raqifin qəlbində daş qalıb, Samir.

---
- 1

