İrəvan-Bakı arasında yüksək səviyyəli reyslər – İki uçuş olub

2025-ci ilin yanvar-iyun ayları ərzində İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi həyata keçirilib. Ölkə.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi "Sputnik Armenia"nın sorğusuna cavab olaraq məlumat verib.
Nazirlikdən bildirilib ki, bu il İrəvan–Bakı istiqamətində bir, əks istiqamətdə isə bir reys yerinə yetirilib. Hər iki halda təyyarədə beynəlxalq yüksək vəzifəli şəxslər olub.
Qurum əlavə məlumatların onlarda olmadığını qeyd edib, çünki dövlət reyslərinə icazə vermək səlahiyyəti Ermənistan Xarici İşlər Nazirliyinə aiddir.
Qeyd edək ki, 2020-ci ildən etibarən İrəvan–Bakı–İrəvan marşrutu üzrə hava daşımaları beynəlxalq nümayəndə heyətlərinin daşınması məqsədilə dövlət reysləri formatında həyata keçirilir. Bu marşrut istifadəyə verildikdən bəri ümumilikdə 68 belə reys baş tutub.
- 0