Zəfərin qüruru- Azərbaycan xalqının əbədiləşmiş tarixi

Azərbaycan xalqının müasir tarixinin ən şərəfli səhifəsi olan 8 Noyabr – Zəfər Günü illərlə davam edən həsrətin, haqsızlığın və işğalın sonunun rəmzidir. Bu gün, 2020-ci ildə cəmi 44 gün ərzində Azərbaycan Ordusunun qazandığı möhtəşəm hərbi-siyasi qələbənin təcəssümüdür. Zəfər Günü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tarixi əməliyyatların məntiqi nəticəsi olaraq, dövlətimizin ərazi bütövlüyünü bərpa edən və xalqımızın milli qürurunu ucaldan təməl bayramdır.
İkinci Qarabağ müharibəsi Azərbaycanın otuz illik işğal rejimini qəbul etməyərək, beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa etmək əzmini əks etdirirdi. 27 sentyabr 2020-ci il tarixində başlayan əks-hücum əməliyyatı Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin illərdir davam edən məqsədyönlü siyasi və hərbi hazırlıqlarının nəticəsi idi. Liderin qətiyyəti, dəmir intizamlı Ordu ilə xalqın misilsiz birliyində əksini taparaq, qələbənin əsas hərəkətverici qüvvəsinə çevrildi. Müharibə Azərbaycanın hərbi texnoloji üstünlüyünü, müasir döyüş metodlarına yiyələnmə qabiliyyətini və çevik komandanlıq sisteminin effektivliyini sübut etdi. Bu günün əhəmiyyəti yalnız torpaqların azad olunmasında deyil, eyni zamanda Azərbaycanın igid övladlarının göstərdiyi qəhrəmanlıqda özünü göstərir. 44 günlük Vətən müharibəsində hər bir əsgər, hər bir zabit və xalqın dəstəyi dövlətin qətiyyətli strategiyası ilə birləşərək tarixi bir nailiyyətin əsasını qoydu. Qələbə təkcə hərbi üstünlük deyil, həm də insanlarımızın fədakarlığı, mərdliyi və Vətənə sədaqətinin nəticəsi oldu. Şəhidlərin adları xalqımızın yaddaşında əbədi yaşayır, qazilərimizin göstərdiyi igidlik gələcək nəsillərə nümunə olaraq qalır. Zəfər Günü bu misilsiz qəhrəmanlıq və birliyin simvoludur, Azərbaycanın tarixi və milli ruhunun gücünü bütün dünyaya göstərir.
44 gün ərzində Azərbaycan xalqı vahid amalda birləşdi, arxa cəbhə orduya güclü dəstək göstərdi. Bu, bir tərəfdən dövlətin güvəninə, digər tərəfdən isə ədalətli Vətən müharibəsinə olan dərin inama əsaslanırdı.
8 Noyabr – Azərbaycan xalqının tarixində təkcə bir təqvim günü deyil, əsrlərin yaddaşına həkk olunmuş qürur anıdır.Bu gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbənin rəmzidir. Dövlətin gücünü, xalqın birliyini və milli ruhun sarsılmazlığını nümayiş etdirən Zəfər günüdür. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında otuz illik ədalətsizliyə son qoyaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Qarabağ torpaqları azad olundu, Şuşa şəhərinin alınması ilə qələbənin son nöqtəsi qoyuldu. 8 Noyabr məhz həmin qələbənin zirvəsi kimi Azərbaycan tarixində əbədi olaraq Zəfər Günü adlandırıldı. Şuşanın azad edilməsi Ermənistanın müqavimət ruhunu tamamilə sındırdı. Noyabrın 8-də dalğalanan üçrəngli Azərbaycan bayrağı Vətən Müharibəsinin bitdiyini və Azərbaycanın qalib xalq olduğunu bütün dünyaya bəyan etdi. Bu sadəcə hərbi qələbə deyil, milli ruhun və tarixi yaddaşın qələbəsi idi. Bu Zəfər hərbi əməliyyatların nəticəsi olmaqla yanaşı, həm də milli birliyin, siyasi uzaqgörənliyin və xalqın mənəvi dirənişinin təntənəsidir. Azərbaycan cəmiyyəti bu günlə sübut etdi ki, dövlətin dayağı yalnız ordusu deyil, həm də vətəndaşının vətənpərvərliyidir. Vətən müharibəsi BMT Təhlükəsizlik Şurasının illərdir icra olunmayan qətnamələrinin tələblərini yerinə yetirdi, işğalçılıq siyasətini ifşa etdi və ədaləti bərpa etdi. Zəfər Günü yalnız keçmiş müharibənin yekunu deyil, Azərbaycan dövlətçiliyi üçün yeni mərhələnin, xalqın birliyinin və gələcəyə inamın rəmzidir. Bu günün mahiyyəti qələbə deyil, qələbənin davamlılığıdır. Çünki bu gün torpağın azadlığı ilə yanaşı, həmin azadlığın qorunması, iqtisadi və sosial bərpasının təmin edilməsi və gələcək nəsillərə ötürülməsi üçün də məsuliyyəti gündəmə gətirir. Azərbaycan üçün 8 Noyabr yalnız tarixi deyil, həm də strateji hədəfdır. Bu hədəf sabitlik, inkişaf və milli vəhdət üzərində qurulan möhkəm gələcəkdir.Azərbaycan xalqı 8 Noyabrda təkcə hərbi zəfəri deyil, öz milli kimliyini, mənəvi gücünü və birliyini yenidən təsdiqlədi. Şuşanın azad olunması bu qələbənin zirvəsinə çevrildi. O gün təkcə bir şəhər deyil, bütöv bir xalq azad oldu. Bu gün Qarabağ torpaqlarında həyat yenidən canlanır. Bərpa olunan şəhərlər, açılan məktəblər, ucalan bayraqlar o qələbənin davam edən nəfəsidir. Hər yeni tikili, hər səslənən azan şəhidlərin ruhuna ən böyük ehtiramdır. Bu günün dəyəri hər il daha dərindən hiss olunur. Azad edilmiş torpaqlarda baş verən bərpa işləri, mədəniyyətin dirçəlişi və insanların doğma yurdlarına qayıdışı Zəfərin davam edən hekayəsidir. Qələbə yalnız keçmişin hadisəsi deyil, bu günün reallığı, sabahın ümididir. Azərbaycan artıq qalib ölkə statusunu yalnız sözlə deyil, əməli ilə sübut edir. Bərpa olunan şəhərlər, açılan aeroportlar, inşa edilən məktəblər və mədəniyyət ocaqları bu qələbənin təsadüfi deyil, planlı və strateji nəticə olduğunu göstərir. Qarabağda yüksələn hər yeni bayraq dövlətin gücünü, xalqın iradəsini və şəhidlərin əbədi mirasını təcəssüm etdirir. Azad olunmuş ərazilərdə icra edilən genişmiqyaslı bərpa işləri, "Ağıllı Şəhər" və "Yaşıl Enerji Zonası" kimi innovativ layihələr ölkənin gələcək inkişafa yönəlik strateji baxışını nümayiş etdirir. Azərbaycan, Zəfər Günü ilə yalnız tarixi ədaləti bərpa etməklə kifayətlənmədi, həm də regional iqtisadi əlaqələrin yeni mərkəzinə çevrilmə potensialını ortaya qoydu. 8 Noyabr – Zəfər Günü Azərbaycanın qəhrəmanlıq salnaməsinin qürurverici zirvəsidir. Bu günün əhəmiyyəti yalnız keçmişdə qazanılan qələbə ilə ölçülmür. Zəfər Günü, gələcək nəsillərin milli qüruru ilə böyüyəcəyi bir nümunədir. Bu gün hər bir Azərbaycan vətəndaşı üçün vətən sevgisinin, həmrəyliyin və məsuliyyətin simvoludur. Qələbənin davamlı olması, torpaqların azadlığının qorunması və regionda sülhün təmin olunması gələcək planlarımızın əsas prioritetidir. Hər bir uğur, hər bir inkişaf layihəsi Zəfərin ruhunu yaşadır və Azərbaycan dövlətinin möhkəmliyini bütün dünyaya göstərir. Bu gün göstərilən birlik və iradə xalqımızın gücünü və dövlətimizin dayanıqlığını bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin qüdrətli liderliyi, Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində əldə edilmiş sarsılmaz bir nailiyyətdir. Bizim Zəfərimiz əbədidir, sarsılmazdır, tariximizin və gələcəyimizin ayrılmaz parçasıdır. Zəfər Günü bu xalqın yaddaşında bir tarix kimi deyil, bir mövqeyin, bir kimliyin təntənəsi kimi yaşayır. Hər il 8 Noyabrda səslənən “Qarabağ Azərbaycandır!” nidaları bir xalqın ruhunda əbədi yaşayacaq. Bu, sadəcə bir cümlə deyil, millətin müstəqillik yoludur.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi İlahə Abdullazadə
- 1

