Şuşa şəhərində keçirilən böyük tədbirlər türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işində öz töhfəsini verdi

Məlumdur ki, TÜRKSOY-un təşəbbüsü ilə hər il türkdilli dövlət və ya region şəhərlərindən biri Türk dünyasının mədəniyyət mərkəzi seçilir. Mədəniyyət paytaxtı seçilmiş şəhərlərdə il ərzində geniş formada Türk dünyasının mədəni tədbirləri keçirilir və dünyaya tanıdılır.
Azərbaycan iki dəfə Türk mədəniyyət mərkəzi seçilib. 2016-cı ildə Şəki şəhəri, 2023-cü ildə isə Şuşa şəhəri mərkəz olub.
Azərbaycan xalqı üçün mədəni-mənəvi dəyər kəsb edən, memarlıq nümunələri ilə seçilən və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan Şuşa şəhəri xüsusi ehtiramın təzahürü kimi bütün türk dünyasının birlik və həmrəyliyin yeni rəmzinə çevrildi.
Şuşa şəhərində keçirilən böyük tədbirlər türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işində öz töhfəsini verdi.
2023-cü il ümumiyyətlə Türk dünyası üçün tarixi hadisələrlə zəngin olduğu bir il oldu. Şuşa şəhəri “Türk dünyasının paytaxtı”, Türkiyə Cümhuriyyətinin 100 illiyi, TÜRKSOY-un 30 illik yubileyi böyük təntənə ilə qeyd olundu.
Azərbaycan Respublikası öz ərazilərində tam suverenliyini bərpa etdikdın sonra ölkə ərazisində cənab prezident İlham Əliyevin rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi mədəni siması bərpa edilir və Şuşaya yenidən mədəni həyat qayıdır.
Şuşa şəhərində Mədəniyyət Naziri və Beynəlxalq Türk mədəniyyəti təşkilatının birgə iştirakı ilə 2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb.
Bu gün Şuşa tarixi ilə, mədəniyyəti ilə dünyanın ən qabaqcıl şəhərlərindən biridir. Prezident İlham Əliyev demişdir: ”Əziz Şuşa biz səni dirçəldəcəyik!” Həqiqətən də, cənab prezidentin təşəbbüsü ilə aparılan tədbirlər nəticəsində Şuşa bütün Türk dünyasının Mədəniyyət Simvoluna çevrildi.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-lisey
Tarix müəllimi Aygül Əfəndiyeva
- 1

