Bayraq bizim kimliyimiz bayraq bizim varlığımızdır

Bayraq müstəqilliyimizin simvoludur. Hər ölkənin bayrağı var. Bayraq
bir ölkənin millətin rəmzi kimi qəbul edilir. Bayraq bizim kimliyimiz
bayraq bizim varlığımızdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə rəsmi olaraq, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmişdir. Azadlığımızın bərpasından sonra Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada
Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq
edilmişdir. 2009-cu il noyabrın 17-də cənab Prezident İlham Əliyev Dövlət
Bayrağı Gününün təsis edilməsi ilə bağlı sərəncam imzalayıb. Həmin
Sərəncama əsasən noyabrın 9-u ölkəmizdə Dövlət Bayraq Günü elan
edilib. Hər bir Azərbaycan vətəndaşı bayrağını sevməli qorumalıdır. Biz
bayrağımız sayəsində azadıq. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Bayrağı milli suverenliyimizin simvolu olaraq
ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən
birinə çevrilmişdir. Müstəqilliyimizin simvolu olan bayrağımız bizim
azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara
sadiqliyimizi nümayiş etdirir. Nə qədər ki, bayrağımız səmalarda dalğalanır biz müstəqil və azad olacağıq. Cənab Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan xalqının rəşadətli ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı öz torpaqlarının bütovlüyünü bərpa
etdi.Bununla da möhtəşəm üçrəngli bayrağımız Xocalıda, Xankəndində, Ağdərədə və diğər işğaldan azad olunan torpaqlarımızda qürurla dalğalanır.
9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Azərbaycan
ərazisində və ondan kənarda yaşayan azərbaycanlılar tərəfindən də
təmtəraqla qeyd olunur. Bayrağımızı əcdadlarımızdan almışıq onu gələcək nəsillərə miras kimi qoyub getmək borcumuzdur.
209 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Quliyeva Nuranə
- 1

