Cənab prezident İlham Əliyevin Naxçıvanda etdiyi çıxış xalqın rifahına və ədalətli idarəçiliyə çağırış kimi səsləndi

12 noyabr 2025-ci ildə cənab prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyəti başçılarını qəbul etmişdir. Görüş zamanı dövlət başçısı yeni təyinat alanrəhbərlərə mühüm tapşırıqlar vermiş və onların qarşısında duran vəzifələri konkret şəkildə müəyyən etmişdir.
Bu çıxış həm dövlət idarəçiliyinin prinsiplərini, həm də ölkənin sosial, iqtisadi və ekoloji inkişaf istiqamətləriniözündə əks etdirmişdir.
Cənab prezident İlham Əliyev ilk növbədə dövlət məmurlarına göstərilən etimadın vacibliyini vurğulamışdır:“Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız.” Bu sözlər dövlət qulluğunda məsuliyyət, sadiqlik və vətəndaşlara xidmət anlayışının mahiyyətini açır. Dövlət başçısı qeyd etmişdir ki, hər bir rəhbər öz işi ilə xalqa xidmət etməli, tapşırıqları vicdanla yerinə yetirməlidir.
Bu çıxışda sosial ədalət məsələsinə də toxunulmuşdur. Cənab prezident bildirmişdir:
“Əsas prinsip sosial ədalət prinsipidir.” Bu fikir dövlət siyasətində ədalət və bərabərliyin əsas yer tutduğunu göstərir, yəni vətəndaş rifahı, bərabər imkanların yaradılması və ədalətli cəmiyyətin qurulması ən vacib məsələlərdəndir. Eyni zamanda, ekologiya və ətraf mühitin qorunması məsələsinə də xüsusi diqqət yetirilmişdir. Cənab prezident İlham Əliyev bölgələrdə ekoloji tarazlığın qorunmasının vacibliyini qeyd edərək, hər bir məmurun bu məsələyə məsuliyyətlə yanaşmalı olduğunu bildirmişdir.
Cənab prezident İlham Əliyev rəhbər vəzifəsində çalışan şəxslərin davranış qaydalarına toxunaraq bildirmişdir: “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır.” Bu fikir dövlət idarəçiliyində sadəliyin, insanlara hörmətin vacibliyini göstərir.
Çıxışda prezidentin “Qara şəhəri Ağ şəhərə çevirdik” ifadəsi yenidənqurma və abadlıq işlərinin simvoluna çevrilmişdir.
Sonda cənab prezident İlham Əliyev dövlət qulluqçularına müraciət edərək bildirmişdir: “Əminəm ki, öz işinizdə bu etimadı doğruldacaq və xalqın rəğbətini qazanacaqsınız.”
Ümumilikdə, cənab prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli çıxışı dövlət idarəçiliyində şəffaflıq, sosial ədalət, ekoloji məsuliyyət və xalqla birbaşa əlaqənin vacibliyini bir daha təsdiqləmişdir. Bu çıxış yeni təyin olunan rəhbərlər üçün yol göstərici mahiyyət daşıyır.
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Səbunə Babayeva
- 2

