Slovakiyaya Azərbaycan qazının ilk dəfə ötən il nəql edilməsi enerji sahəsində əməkdaşlığın real nəticəsidir

Azərbaycan Respublikasının Prezidenti, cənab Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu səfər çərçivəsində verilən bəyanatlar göstərir ki, Azərbaycan-Slovakiya münasibətləri qarşılıqlı etimad və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuşdur.
Cənab Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost və strateji tərəfdaş ölkələrdir. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri ən yüksək səviyyəyə yüksəltmiş və bütün istiqamətlər üzrə əməkdaşlığın genişlənməsinə yol açmışdır. Bu əməkdaşlıq xüsusilə enerji, iqtisadiyyat, müdafiə sənayesi və nəqliyyat sahələrində özünü göstərir.
Slovakiyaya Azərbaycan qazının ilk dəfə ötən il nəql edilməsi enerji sahəsində əməkdaşlığın real nəticəsidir. Hazırda Azərbaycan dünyanın 14 ölkəsinə təbii qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın zəngin qaz ehtiyatları Slovakiyanın və regionun enerji tələbatını istənilən həcmdə təmin etməyə imkan verir.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq da böyük potensiala malikdir. Bu fəaliyyət hərbi məqsəd daşımır, sənaye və texnoloji inkişaf baxımından nəzərdə tutulur. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşməsi beynəlxalq bazar üçün rəqabətqabiliyyətli məhsullar istehsal etməyə imkan yarada bilər.
Səfər zamanı cənab Prezident İlham Əliyev Slovakiyanın müstəqil xarici siyasət yürütməsini yüksək qiymətləndirmiş, ölkədəki sabitlik və iqtisadi inkişafı məmnunluqla vurğulamışdır. Bu, iki ölkənin gələcək əməkdaşlığına əlavə güc verir.
Azərbaycanın nəqliyyat və logistika sahəsinə yatırdığı böyük sərmayələr ölkəmizi Şərq-Qərb nəqliyyat dəhlizinin əsas halqasına çevirib. Orta Dəhliz vasitəsilə Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı marşrutun məhz Azərbaycan ərazisindən keçməsi Slovakiya ilə bu istiqamətdə əməkdaşlığı daha da perspektivli edir.
Cənab Prezident İlham Əliyevin Slovakiyaya səfəri ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və texnoloji əməkdaşlığın yeni mərhələsinə təkan verərək, münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta ümumtəhsil məktəbinin
ibtidai sinif müəllimi Xanım Ələkbərova-Əlixanlı
- 1

