Rusiya, Çin və İrandan birgə çağırış

Rusiya, Çin və İran qeyri-qanuni birtərəfli sanksiyaları ləğv etməyə çağırır.
Bu bəyanatı martın 14-də Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Çjaoxu deyib.
"Biz bütün qeyri-qanuni sanksiyalara son qoymağın vacibliyini vurğulayırıq", - deyə o bildirib.
Bundan əlavə, ölkələr qarşılıqlı hörmətə əsaslanan dialoq mövqeyindən İranın nüvə proqramının sülh yolu ilə həllinə hazır olduqlarını bildiriblər. Ma Çjaoxu həmçinin qeyd edib ki, Rusiya və Çin İranın nüvə işlərinin dinc xarakter daşıdığını təsdiq etməsini və Tehranın nüvə silahı yaratmaq istəməməsini alqışlayır.
Eyni zamanda Pekin, Moskva və Tehran İranın nüvə sazişini dəstəkləmək üçün BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin icrasının vacibliyinə işarə ediblər.
- 0