Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq

Bu gün İtaliyanın paytaxtı Romada İran və ABŞ arasında danışıqların növbəti mərhələsi keçiriləcək.
“Reuters” xəbər verir ki, görüş Omanın xarici işlər naziri Badr al-Busaidinin vasitəçiliyi ilə baş tutacaq.
Danışıqların əsas mövzusunu İranın nüvə proqramı ilə bağlı böhranın nizamlanmasıdır.
İranın dövlət televiziyası isə ölkənin XİN rəhbəri Abbas Araqçının və onu müşayiət edən nümayəndə heyətinin danışıqlar üçün artıq Romada olduğunu açıqlayıb.
ABŞ-ni isə danışıqlarda əvvəlki görüşdə olduğu kimi ölkə Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edəcək.
Xatırladaq ki, iki ölkə arasında danışıqların ilk raundu aprelin 12-də Omanda keçirilib. Bu danışıqlar 2022-ci ildən bu yana İran və ABŞ-nin rəsmi şəxsləri arasında ilk yüksəksəviyyəli təmas oldu.
- 0