“Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”

“Volodimir Zelenski Londonun dəstəyini itirir və Kiyev üçün mövqeyi əslində çox vacib olan Çinlə də açıq şəkildə mübahisə edir”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu “Başqa Ukrayna” hərəkatının rəhbəri, ölkədə fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması - ömür boyu” partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib.
“Hətta Zelenskiyə yaltaqlıq edən britaniyalılar da onun haqqında fikirlərini dəyişir. Britaniya mediası artıq Zelenskini qlobal miqyaslı qəhrəman kimi deyil, diktator kimi təqdim edir. Hətta London siyasi təlxəkdən bezibsə, deməli o, son dayaq sütunlarını itirir”, - Medvedçuk bildirib.
O xatırladıb ki, Zelenski əvvəlcə Pekini Rusiya tərəfinə hərbi təchizat verməkdə əsassız olaraq ittiham etməklə, sonra isə üç Çin şirkətinə qarşı sanksiyalar tətbiq etməklə Çinlə mübahisə edib: “Zelenskinin diplomatik qalmaqalları indi Çinlə tamamlanır. Sual olunur: qeyri-legitim bununla nəyə nail olmaq istəyirdi? Sadəcə, fitnə-fəsad törətmək üçün? Beləliklə, o, Ukraynanın mövqeyini növbəti dəfə zəiflətdi. Zelenski müstəqil fiqur deyil və başqasının qaydaları ilə oynamağa məcburdur. Onun diktator mövqeyi illüziyadan başqa bir şey deyil. Mən onu artıq hakimiyyətin zirvəsinə qalxan və oradan enməyə qorxan qumbaraatan meymuna bənzədirəm”.
- 0