"Qır-saqqız"a çevrilən Brüssel və getdikcə uzaqlaşan Bakı

"2025-ci il aprelin 4-də Səmərqənddə Avropa Komissiyasının sədri ilə yanaşı, qeyd edilən region dövlətlərinin rəhbərlərinin də iştirakı ilə Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələrinin birinci sammiti keçirilib. Əvvəllər Avropa İttifaqının keçmiş Sovet İttifaqı respublikaları ilə oxşar qarşılıqlı fəaliyyət formatları mövcud idi, məsələn, "Şərq tərəfdaşlığı" proqramı, hansı ki, oraya Belarus, Moldova, Ukrayna, Azərbaycan, Ermənistan və Gürcüstan daxil idi".
Bu barədə "Caliber" "YouTube" kanalında yayımlanan növbəti videosüjetdə bəhs edilir.
"Üç il əvvəl, həmçinin Aİ-Afrika İttifaqı formatında sammit də keçirilib. İndi isə, gördüyümüz kimi, Brüssel öz nəzərlərini, Tacikistan istisna olmaqla, həmçinin Türk Dövlətləri Təşkilatının da üzvü olan dövlətlərin əksəriyyətinin təmsil olunduğu yeni regiona çevirib. Bu, dərhal belə bir fikir formalaşdırır ki, elan olunduqdan sonra ən tez zamnda keçirilən bu sammitin təşəbbüskarları kifayət qədər həssas məqsəd güdürlər və bu təşəbbüskarlar, şübhəsiz ki, Mərkəzi Asiyanın özündən daha çox Avropa İttifaqında otururlar. Belə bir sual yaranır: niyə təşəbbüskarlar əksər dövlətləri Türk Dövlətləri Təşkilatının üzvü olan regionla əlaqələri gücləndirmək qərarına gəldilər?" - deyə materialda bildirilir.
Daha ətraflı videosüjetdə:
- 0