Prezident İlham Əliyevin oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbəyə səfəri və burada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı ölkəmizin beynəlxalq əlaqələrinin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər təkcə regional əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmir, həm də Azərbaycanla Tacikistan arasında qardaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsini bir daha nümayiş etdirir.
Azərbaycanın dövlət başçısı çıxışında humanitar sahədə əməkdaşlığın MDB dövlətləri arasında münasibətlərin əsas sütunlarından biri olduğunu diqqətə çatdırdı, Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin bu istiqamətdə mühüm hadisə olduğunu vurğuladı. Bildirildi ki, Laçında keçirilən “MDB-nin Mədəniyyət Paytaxtı İli” tədbirlərinin açılış mərasimi təkcə Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirmədi, həm də işğaldan azad edilmiş ərazilərin qısa müddətdə necə dirçəlməsinin canlı sübutu oldu. Bir vaxtlar tamamilə dağıdılmış Laçın şəhəri artıq müasir, yaşamaq üçün əlverişli bir məkana çevrilib. Bu, Azərbaycanın bərpa və quruculuq siyasətinin real nəticəsidir və MDB məkanında da yüksək qiymətləndirilir. Prezident İlham Əliyev bu münasibətə və Azərbaycanın namizədliyinə göstərdikləri dəstəyə görə MDB dövlət başçılarına təşəkkürünü bildirdi.
Düşənbə səfəri Azərbaycan və Tacikistan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Görüşlər zamanı dövlət başçıları enerji, nəqliyyat, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr apardılar, bir sıra vacib sənədlər imzalandı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bütün region ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq münasibətlərinə böyük önəm verir və Tacikistanla əlaqələr bu baxımdan xüsusi yer tutur.
Səfər çərçivəsində iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində real addımlar atıldı. Tacikistanın təbii resurs potensialı və Azərbaycanın müasir nəqliyyat infrastrukturu hazırda qarşılıqlı ticarətin genişlənməsi üçün əlverişli şərait yaradır. Səfər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə Transxəzər nəqliyyat dəhlizinin imkanlarından Tacikistanın da yararlanması perspektivləri müzakirə olundu. Bu perspektivlər region ölkələrinin iqtisadi inteqrasiyasına mühüm töhfə verəcəkdir.
- 3