Üçrəngli şanlı bayrağımız 16 noyabrda Füzuli şəhərində ucaldılıb
Qarabağın dilbər, səfalı guşələrindən biri də Füzuli şəhəridir. Təbiəti, coğrafiyası, tarixi memarlığı ilə göz oxşayan Füzuli 1993-cü il 23 avqustda erməni daşnakları tərəfindən işğal edilmişdir. İşğal altında olduğu müddətdə sərvətləri talan edilmiş, tarixi memarlıq abidələri dağıdılmışdır.
Ulu Öndər Heydər Əliyevin əmri ilə Füzulidə ilk dəfə qələbə qazanılmışdır. 1994-cü il 5 yanvar tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Sonra Ermənistanın təxribatlarına cavab olaraq Prezident, müzəffər Ali Baş komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Beləliklə, 17 oktyabr Füzuli azad olunduğu gün “Füzuli günü” kimi tarixə düşdü. Üçrəngli şanlı bayrağımız 16 noyabrda Füzuli şəhərində ucaldılıb. Füzuli əməliyyatı Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzuli uğrunda gedən döyüşlərdə igidlik göstərən qəhrəman şəhidlərimizin ailələrinə, qazilərimizə 2020-ci il noyabrın 26-da təsis edilmiş “Füzulinin azad olunmasına görə “medalı təltif edilmişdir.
Qardaş Özbəkistan Respublikası Füzuli şəhərinə hər cür maddi və mənəvi dəstəyini göstərmişdir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin davamçısı cənab İlham Əliyevin uğurlu və planlı siyasəti nəticəsində Füzuli yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Bütün bu ardıcıl islahatlar nəticəsində Füzuli şəhəri yenidən doğacaq, müstəqil Azərbaycanın ən parlaq şəhərlərindən biri olacaqdır.
Zabrat qəsəbəsi, 71 saylı tam orta məktəbin
Tarix müəllimi Səbinə Mürşüdova
- 1