Füzuli şəhərində xeyli sayda yenidənqurma işləri aparılır
Füzuli rayonu Qafqaz dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan maili düzənlik və alçaq sahələri əhatə edir. Ərazisi 1386 km² olan rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və İran İslam Respublikası ilə həmsərhəddir. Füzuli rayonunun əhalisi işğaldan əvvəl 105 min nəfər idi. 2011-ci ildə rayon əhalisinin sayı 115.6 min nəfər təşkil edirdi, lakin işğal nəticəsində əhalinin əksəriyyəti rayonu tərk etməli olub.
Qələbəmizdən sonra Füzuli şəhərinin yenidənqurma işləri çərçivəsində əhalisinin 50,000 nəfərə çatacağı proqnozlaşdırılır. Füzuli rayonunun yeni inkişaf dövrü başlamışdır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərləri olmuşdur. Füzuli şəhərində Azərbaycanın bayrağı ucaldılmışdır.
14.02.2021 tarixində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyulması baş tutmuşdur.
Füzuli şəhərində xeyli sayda yenidənqurma işləri aparılır. Yeni yollar , obyektlər tikilir.
17 Oktyabr - Füzuli şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Ərazidə müxtəlif tədbirlər keçirilir.
Bakıxanov qəsəbəsi,72 nömrəli məktəb-liseyi
rus dili müəllimi Məqsədi Qəniyeva
- 1