Füzuli şəhərinin azad olunmasından 5 il ötür
Bu gün Füzuli şəhər günüdür. Bu gün Füzuli şəhərinin yenidən doğulma günüdür.
Füzuli şəhəri 1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımışdır, sonralar isə Karyagin adlandırılmışdır.1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır.
Vətən müharibəsinin 21-ci günü 2020-ci il oktyabrın 17-si təqvimə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısı cənab prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.Bu əlamətdar günün təsis olunması Azərbaycan və Qarabağ tarixində bir ilk oldu.
Döyüşlər başlayandan oktyabrın 17 dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunmuşdur.Cənab prezident İlham Əliyev həmin gün xalqa müraciətində Füzuli şəhəri ilə yanaşı,Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin azad olunduğunu da elan etdi.Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Cənab prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək,igidlik nümayiş etdirən hərbi qulluqçular “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Füzuli şəhərinin azad olunmasından 5 il ötür.5 il əvvəl məhz bu gün Füzuli şəhəri düşmən əsarətindən azad edilib.Həmin gün təkcə Füzuli sakinlərində deyil,bütün xalqımızda böyük ruh yüksəkliyi yaradıb.Həmin tarixdə sanki Füzuli şəhəri yenidən doğuldu,özünə qayıtdı.Bu bayram illərdir torpaq həsrəti ilə yaşayan Füzuli sakinlərinin bir növ yenidən doğulmasının,yeni ümidlərinin cücərməsinin simvoludur.İndi artıq Füzuli öz sakinlərinə,öz keçmişinə qovuşub,illərin həsrəti,ayrılığı bitib.
Artıq 3 il olacaq ki,bu tarix xüsusi təntənə və fəxr hissi ilə qeyd ediləcək.Ötən bu dövrdə cənab prezident İlham Əliyevin göstərişi ilə Füzuli şəhərində bərpa-quruculuq işləri görülmüşdür.Hazırki dövrdə işğaldan azad olunan ərazilərdə gedən inkişaf göz önündədir və beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.
Xatırladaq ki,Füzuli rayonu 23 avqust 1993-cü il Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.Həmin dövrdə işğalçılar Füzuli şəhərini,rayonun kəndlərini,tarixi və mədəni abidələri dağıtmış,məhv etmişdir.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Fatimə Qasımova
- 1