Göyçayda yas mərasimində evin eyvanı uçdu - yaralananlar var

Göyçayda yas mərasimi zamanı evin eyvanı uçub.
"Report xəbər verir ki, hadisə Fərahim İsrafil oğlu Vahidova məxsus evdə qeydə alınıb.
Evdə yas mərasimində iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanı uçub.
Nəticədə 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.
TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan 8 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə hospitalizasiya olunub.
Onlardan 1966, 1963, 1973, 1969, 1976, 1960 və 1962-ci il təvəllüdlü 7 nəfərə (qadın) ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Digər 1973-cü il təvəllüdlü qadın isə çoxsaylı sınıqlar və onurğa zədəsi diaqnozu ilə ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.
Araşdırma aparılır.
- 0