Səttar Möhbalıyev: "Azərbaycan Özbəkistan arasında münasibətlər yeni müstəviyə qədəm qoyub"

“Son illər ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir. Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir”.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.
“Qeyd etməliyəm ki, dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub” – deyən
Səttar Möhbalıyev Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin yeni müstəviyə qədəm qoymasından söhbət açaraq Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bu səfərin etibarlı münasibətlərin göstəricisi olduğunu sübut etdiyini bildirib: “Özbəkistan Prezidentinin budəfəki daha çox yadda qalan olacaq. Çünki səfər çərçivəsində Özbəkistanın Azərbaycandakı səfirliyinin binasının açılışı oldu. Bakıda “Özbəkistan” parkının təməli qoyuldu. Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi. Həmçinin tərəflər arasında bir çox sənədlər imzalandı ki, onlardan da xüsusi diqqət çəkəni “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol xəritəsi” sənədidir. iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalandı. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Artıq dünya birliyi də şahiddir ki, bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının bəyanatından “Həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq. Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir” fiklərini sitat gətirən Səttar Möhbalıyev yaxşın gələcəkdə qarşılıqlı iqtisadi münasibətlərdəki irəliləyişin şahidi olacağımızı qeyd etdi.
---
- 1