Son 10 ildə Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır

Azərbaycan Elminin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.Ulu Öndər hər zaman Azərbaycan alimlərinə xüsusi qayğı göstərmiş, onların fəaliyyətinə yüksək dəyər vermişdir. Bu ənənə bu gün də davam edir və Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elmin inkişafı siyasətinin əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Son 10 ildə Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır.Cənab Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyindəki çıxışında qeyd etmişdir ki,son illər ərzində elmin maliyyələşdirilməsi,yeni tədqiqatların təşkili və gənc alimlərin dəstəklənməsi istiqamətində mühüm addımlar atılıb.Dövlətin elmi müəssisələrə,ali təhsil ocaqlarına və innovativ layihələrə ayırdığı vasitələr iki dəfədən çox artmış, bu da Azərbaycan elminin beynəlxalq səviyyədə tanınmasına imkan yaradıb.
Elmi fondların yaradılması, tədqiqat institutların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir laboratoriyaların qurulması və alimlərə verilən qrantların genişləndirilməsi elmin inkişafına ciddi təkan verib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu təkcə elmin maliyyələşdirilməsi deyil, həm də ölkənin intellektual potensialının artırılması siyasətinin bir hissəsidir.
Eyni zamanda,Ulu Öndər Heydər Əliyevin elmə verdiyi önəmin davamı olaraq, bu gün elmi kadrların hazırlanması,gənc tədqiqatçıların xarici ölkələrdə təhsil alması və beynəlxalq elmi mühitə inteqrasiyası üçün geniş imkanlar yaradılıb.
Prezident İlham Əliyev çıxışında vurğuladığı kimi,"Azərbaycan elminin gələcəyi parlaqdır və alimlərimiz bundan sonra ölkəmizin inkişafına mühüm töhfələr verəcəklər."Bu sözlər dövlətin elmə olan dərin inamını və gələcəyə baxışını əks etdirir. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi bir daha göstərdi ki, Azərbaycan elmi müasir dövrün çağırışlarına cavab verməyə qadirdir və Prezident İlham Əliyevin uzaqgörən siyasəti bu inkişafın əsas təminatçısıdır.
Sabunçu qəsəbəsi, 67 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfayə Cəfərova
- 1

