Azərbaycan və Slovakiya arasında strateji ittifaqın yeni üfüqləri

Slovakiya və Azərbaycan münasibətləri hazırda təkcə diplomatik səviyyədə deyil, dərin siyasi etimad və real iqtisadi əməkdaşlıq üzərində qurulan strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Bu yüksəlişin hüquqi əsasını isə ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə təşkil edir. Sənəd iki ölkə arasında münasibətləri “ən yüksək səviyyə”yə qaldırmaqla yanaşı, əməkdaşlığın bütün istiqamətlər üzrə sistemli və institusional şəkildə inkişafına zəmin yaradıb.
Birgə Bəyannamənin imzalanmasından sonra müşahidə olunan dinamika göstərir ki, Slovakiya–Azərbaycan tərəfdaşlığı formal deyil, real məzmunlu əməkdaşlığa söykənir. Hər iki ölkənin müxtəlif sahələr üzrə formalaşdırdığı müştərək komandalar intensiv şəkildə fəaliyyət göstərir və bu fəaliyyət təkcə siyasi dialoqu deyil, iqtisadi, enerji, texnoloji və digər istiqamətləri də əhatə edir. Xüsusilə Birgə İqtisadi İşçi Qrupun fəaliyyətinin genişlənməsi qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin təşviqi və yeni iqtisadi sahələrin açılması üçün geniş imkanlar yaradır.
Əməkdaşlığın ənənəvi və strateji dayaqlarından biri isə energetikadır. Bu sahədə artıq konkret nəticələr əldə olunub: ötən il Azərbaycan qazı ilk dəfə Slovakiyaya ixrac edilib. Bu, Avropanın enerji xəritəsində yeni bir istiqamətin açılması, Slovakiyanın enerji təhlükəsizliyinin diversifikasiyası və Azərbaycanın Avropaya qaz ixrac edən etibarlı tərəfdaş kimi mövqeyinin daha da güclənməsi deməkdir. Son illərdə yeni yataqların istismara verilməsi və ixrac marşrutlarının genişləndirilməsi nəticəsində Azərbaycan bu gün dünyanın müxtəlif regionlarında yerləşən 14 ölkəyə təbii qaz ixrac edən etibarlı tərəfdaş kimi tanınır. Bu, yalnız enerji ticarəti deyil, həm də strateji əməkdaşlıq, qarşılıqlı etimad və uzunmüddətli tərəfdaşlıq modelidir.
Bu gün Azərbaycanın ildə 25 milyard kubmetr həcmində qaz ixrac etməsi artıq formalaşmış iri enerji marşrutlarının uğurlu fəaliyyətini təsdiqləyir. Xüsusilə diqqətəlayiq məqam budur ki, bu həcmin təxminən yarısı Avropa ölkələrinə göndərilir. Bununla da Azərbaycan Avropa qitəsinin enerji xəritəsində mühüm strateji yer tutur və enerji təhlükəsizliyinin təmin edilməsində öz payını əhəmiyyətli şəkildə artırır.
Hazırda Azərbaycan iqtisadiyyatının istifadə etmədiyi enerji potensialı təxminən 2 giqavat təşkil edir. Bu imkanların əsas hissəsi bərpaolunan enerji mənbələri — külək, günəş və hidroenerji — üzərində qurulur. Planlaşdırılan layihələr və yeni stansiyaların istismara verilməsi nəticəsində gələcək beş il ərzində bu göstəricinin 8 giqavata çatdırılması nəzərdə tutulur. Bu rəqəm Azərbaycanın yalnız öz enerji təhlükəsizliyini deyil, həm də regional enerji ixracını tam təmin edə biləcək gücdə olduğunu sübut edir.
Slovakiya ilə Azərbaycan arasında qurulan münasibətlər yalnız diplomatik protokolların məcmusu deyil, həm də qarşılıqlı etimada, strateji əməkdaşlığa və geniş spektrli sahələrdə real nəticələrə söykənən möhkəm tərəfdaşlıqdır. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu əlaqələrin ən yüksək səviyyəyə yüksəlməsinin hüquqi təməlini qoyaraq, tərəflər arasında iqtisadi, enerji, nəqliyyat və yüksək texnologiyalar kimi çoxşaxəli əməkdaşlığın genişlənməsinə zəmin yaratmışdır.
Azərbaycanın zəngin təbii qaz yataqları və boru kəməri infrastrukturunun gücü ölkəmizi Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış etməyə imkan verir. Artıq 14 ölkəyə təbii qaz ixracı reallığı, Avropa İttifaqına üzv 8 ölkənin Azərbaycan qazından istifadə etməsi bu strateji tərəfdaşlığın ən parlaq göstəricilərindəndir. Gələcəkdə yeni qaz yataqlarının işlənməsi ilə bu imkanların daha da artması, xüsusilə Slovakiya və onun qonşuları üçün enerji təminatının genişlənməsi gözlənilir.
Ümumilikdə, Azərbaycan–Slovakiya əlaqələri strateji tərəfdaşlıq formatında çoxşaxəli və perspektivlidir. Bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlərin inkişafını deyil, həm də Avrasiya regionunda sülh, sabitlik və rifahın təmin edilməsində mühüm rol oynayır. Qarşıda duran çağırışlara birlikdə cavab verərək, tərəflər həm milli, həm regional, həm də qlobal səviyyədə öz maraqlarını uğurla həyata keçirə bilərlər.
Beləliklə, Azərbaycan və Slovakiyanın dost və strateji tərəfdaş kimi qurduğu bu münasibətlər gələcək illərdə daha da möhkəmlənəcək, hər iki ölkənin sosial-iqtisadi inkişafına, təhlükəsizliyinə və beynəlxalq mövqeyinin yüksəlməsinə töhfə verəcəkdir.
İsa Səttarov
Nəsimi rayon gənci, Azərbaycan Texniki Universitetinin I kurs magistr tələbəsi,Yeni Azərbaycan Partiyasının üzvü.
- 17

