Yerli tədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılmışdır
![]()
1918-ci ilin mart ayında erməni silahlı dəstələri bolşeviklərin dəstəyi ilə Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmişlər. Bu hadisələr Azərbaycan xalqının tarixində unudulmaz bir faciə kimi iz buraxmışdır.
Xüsusilə Şamaxı şəhərində törədilən qətliamlar bu soyqırımın ən qanlı səhifələrindən biridir. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Azərbaycan hökuməti 1998-ci ildə 31 mart tarixini "Azərbaycanlıların Soyqırımı Günü" kimi rəsmən elan etmişdir. Bu, tarixi həqiqətlərin dünyaya çatdırılması və gələcək nəsillərin bu hadisələri unutmaması üçün atılmış mühüm addımdır.
Hər il bu gün Azərbaycan xalqı qətlə yetirilmiş soydaşlarının xatirəsini anır, onların ruhuna ehtiram göstərir. Beynəlxalq ictimaiyyətə bu faciənin soyqırım kimi tanıdılması və ədalətin təmin olunması istiqamətində işlər davam etdirilməlidir.
- 1

