Yasamalın Təmiz Üzü: Vüsal Hüseynovun Yasamal Sevgisi
Yasamal rayonu kimi Bakı şəhərinin ən sıx məskunlaşmış və dinamik ərazilərindən birində kommunal təsərrüfat sisteminin sabit, səmərəli və operativ fəaliyyət göstərməsi böyük idarəçilik bacarığı, strateji yanaşma və yüksək təşkilatçılıq tələb edir. Bu məsuliyyətli və çətin sahənin başında isə öz işi ilə seçilən, əməyi ilə fərqlənən, xidmətləri ilə hörmət qazanan rəhbərlərdən biri – Vüsal Hüseynov dayanır. O, uzun illərin təcrübəsinə, peşəkar baxış bucağına və dövlətə sədaqət prinsipinə əsaslanan fəaliyyəti ilə Yasamalın kommunal həyatına yenilik, dinamizm və davamlılıq gətirən bir rəhbər kimi tanınır.
Vüsal Hüseynovun rəhbərliyi dövründə rayon ərazisində aparılan abadlıq, təmizlik və yaşıllaşdırma işləri təkcə fiziki dəyişikliklər yox, həm də idarəetmədə yeni yanaşmalarla müşayiət olunur. Gecə-gündüz çalışan təmizlik işçilərinin iş şəraitinin yaxşılaşdırılması, texnikaların müasirləşdirilməsi, binaların və həyətlərin mərhələli şəkildə təmiri, suvarma sistemlərinin yenilənməsi və ümumilikdə sakinlərin rahatlığına hesablanmış yüzlərlə iş məhz onun təşəbbüsü və nəzarəti ilə həyata keçirilir. O, xidməti yalnız vəzifə öhdəliyi kimi deyil, həm də vətəndaşlıq məsuliyyəti kimi qəbul edir. Hər bir şikayətə, hər bir müraciətə həssas və operativ münasibəti ilə insanların etibarını qazanmağı bacaran Vüsal müəllim, Yasamal sakinləri üçün etibarlı, dəyərli və işgüzar idarəçi obrazı formalaşdırıb.
Sosial yönümlü layihələrə xüsusi önəm verən Vüsal Hüseynov şəhid ailələrinin və qazilərin yaşadığı binalara və həyətlərə xüsusi diqqət ayırır. O, bu ailələrin rifahını yalnız dövlətin deyil, həm də cəmiyyətin və hər bir rəhbərin vicdani borcu kimi qiymətləndirir. İmkansız ailələrə və tənha yaşlılara göstərilən yardım, təmir işlərində edilən güzəştlər və hər bayram ərəfəsində aparılan sosial dəstək kampaniyaları onun rəhbərlik etdiyi kollektivin yüksək mənəvi dəyərlərlə işlədiyini sübut edir.
Vüsal Hüseynov təkcə icraçı deyil, eyni zamanda təşəbbüskar, yenilikçi və daim müasirləşən idarəçilik modelinə sadiq qalan rəhbərdir. Onun həyata keçirdiyi rəqəmsallaşma yönümlü addımlar – vətəndaş müraciətlərinin elektron qeydiyyatı, kommunal xidmətlərin real vaxtda monitorinqi və idarə olunması sahəsindəki islahatlar Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin digər rayonlar üçün də nümunəyə çevrilməsinə səbəb olub. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar siyasətinə uyğun olaraq, xidmətlərin şəffaflığını, sürətini və keyfiyyətini artırmağı əsas prioritet kimi qəbul edir.
İşində tələbkar, əməkdaşlarına qarşı isə obyektiv və insaflı olan Vüsal Hüseynov rəhbərlik etdiyi birlikdə komanda ruhunu, qarşılıqlı inamı və peşəkarlığı ön planda tutur. Bu səbəbdən də hər bir əməkdaş öz işini sevə-sevə yerinə yetirir, məsuliyyət hissi ilə yanaşır və rəhbərlərinin etimadını doğrultmağa çalışır.
Vüsal Hüseynovun fəaliyyəti bir daha göstərir ki, mənzil-kommunal sahəsi dövlətin vətəndaşa ən yaxın xidməti olduğu qədər, eyni zamanda böyük sosial məsuliyyət və fədakarlıq tələb edən bir sahədir. Bu sahədə dürüstlük, nizam-intizam və vətənə sədaqətlə çalışmaq isə yalnız əsl peşəkarların və vətənsevər insanların işidir. Vüsal müəllim də məhz bu anlayışlara sadiq qalaraq, hər gün yeni nailiyyətlərə doğru inamla addımlayır.
- 2