Yasamalın inkişafında iz qoyan rəhbər: Tahir Məmmədovun sosial yönümlü idarəçilik modeli
Yasamal rayonu, Bakının həm tarixi, həm də müasir simasını birləşdirən mühüm ərazilərindən biridir. Bu rayonda ictimai xidmətlərin keyfiyyəti, ətraf mühitin abadlığı və əhalinin sosial rifahı daim prioritetdə tutulur. Bu vacib missiyanın uğurla icrası isə, sözsüz ki, səriştəli rəhbərliyə bağlıdır. Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov bu baxımdan nümunəvi idarəçilik nümunəsi göstərən ziyalılardandır. Onun rəhbərliyi dövründə Yasamalda bələdiyyə xidmətlərinin şəffaflığı, sosial layihələrin həyata keçirilməsi və sakinlərlə açıq dialoqa əsaslanan bir sistem formalaşıb.
Tahir Məmmədov idarəçilik fəlsəfəsini yalnız texniki məsələlərlə məhdudlaşdırmır. O, hər şeydən əvvəl bu rayonda yaşayan insanların gündəlik problemlərinə diqqətlə yanaşır. Onun təşəbbüsü ilə həyata keçirilən sosial yönümlü layihələr — aztəminatlı ailələrin dəstəklənməsi, şəhid ailələri və qazilərlə bağlı xüsusi tədbirlərin təşkili, yaşlılara və əlillərə yönəlik sosial yardım proqramları bu yanaşmanın təzahürüdür.
Tahir Məmmədovun fəaliyyətində şəffaflıq və vətəndaş məmnuniyyəti əsas yer tutur. O, daim sakinlərlə görüşlər keçirir, onların şikayət və təkliflərini birbaşa dinləyir, problemin yerində həlli üçün operativ addımlar atır. Bu da Yasamalda bələdiyyə-vətəndaş münasibətlərində qarşılıqlı inam və güvən mühitinin yaranmasına səbəb olub.
Bundan əlavə, Tahir Məmmədov ətraf mühitin qorunması və abadlıq işlərinə xüsusi önəm verir. Son illərdə Yasamalda həyata keçirilən parkların salınması, məhəllədaxili yolların təmiri, yaşıllaşdırma işləri və təmizlik tədbirləri əhalinin şəhər mühitindən razılığını artırıb. O, müasir urbanistik yanaşmaları tətbiq etməklə həm funksionallıq, həm də estetik gözəlliyə xidmət edən bir məkanın formalaşmasına çalışır.
Tahir Məmmədov həm də gənclərin inkişafına yönəlmiş təşəbbüslərlə seçilir. O, bələdiyyə daxilində könüllülər hərəkatına dəstək verir, məktəblilərin və tələbələrin sosial layihələrə cəlb olunmasını təşviq edir, gələcəyin idarəçilərinin formalaşmasında öz töhfəsini verir.
Bu gün Yasamal Bələdiyyəsi və onun rəhbəri Tahir Məmmədov təkcə inzibati funksiyalarla deyil, həm də sosial məsuliyyət prinsipləri ilə ön plana çıxır. Onun fəaliyyəti bir daha sübut edir ki, yerli özünüidarəetmə yalnız texniki idarəetmə deyil, həm də insanlara xidmət, şəffaflıq və inkişafa yönəlmiş vicdanlı idarəçilikdir.
- 0