Rusiya Ermənistana xəbərdarlıq edib

Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin ilə Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arsenyan arasında baş tutan görüş “o qədər də xoş keçməyib”.
Bu barədə erməni “Hraparak” qəzeti diplomatik mənbələrə istinadla yazıb.
Mənbənin məlumatına görə, səfirə tapşırılıb ki, Ermənistan rəhbərliyinə Rusiya dövlət telekanallarının ölkədəki ümumi yayım paketindən çıxarılması ilə bağlı Qərbin tələbini yerinə yetirəcəkləri təqdirdə, onları xoşagəlməz sürprizlərin – xüsusilə iqtisadi sanksiyaların gözləyə biləcəyi barədə məlumat versin.
Qəzetin yazdığına görə, Moskva bu məsələni ciddi şəkildə nəzarətdə saxlayır və qərar veriləcəyi təqdirdə, adekvat addımlar atmaq niyyətindədir.
- 0