Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti dəfə seçicilərlə görüşüb -Fotolar

Milli Məclisin deputatı Səttar Möhbalıyev 8 dekabr 2025-ci il tarixində Babək rayonundan olan seçicilərlə növbəti görüşünü keçirib.
aia.az xəbər verir ki, qəbul rayonun Naxışnərgiz kəndində baş tutub.
Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Səttar Möhbalıyev sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətlərin bəzilərini elə yerindəcə həll edib.Digər məsələlər isə qeydə alınıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı və təxirəsalınmaz tədbirlərin görüləcəyi bildirilib. Həmçinin sakinlər kənddə artezian quyusunun qazılmasında onlara köməklik göstərilməsilə bağlı S.Möhbalıyevə müraciət ediblər. Millət vəkili bu məsələni də yerindəcə həll edib.
Deputat Səttar Möhbalıyev keçirdiyi görüşdə iştirak edən Naxışnərgiz kəndinin sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri görüşdən məmnunluqlarını ifadə ediblər, ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Naxçıvanın Babək rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.




- 1

