Azərbaycan idmanının güc simvolu – Cəsarət Əhmədovun qol güləşi uğrunda misilsiz xidmətləri
Ölkəmizdə idmanın sürətlə inkişaf edən sahələrindən biri olan qol güləşi (armrestlinq) üzrə əldə olunan uğurların arxasında zəhməti, təcrübəsi və milli ruhu ilə seçilən bir liderin – Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, eyni zamanda Dünya Armrestlinq Federasiyası prezidentinin müşaviri olan Cəsarət Əhmədovun əvəzolunmaz rolu dayanır.
İdmanla yaşayan bir ömür: Uğurların təməlində zəhmət var
Cəsarət Əhmədov gənclik illərindən etibarən idmana bağlı olan, bu sahəni təkcə fiziki güc deyil, milli iradə və strateji yanaşma ilə təhlil edən bir şəxsiyyət kimi tanınır. Onun idman sahəsindəki fəaliyyəti, xüsusilə qol güləşi üzrə yaratdığı sistemli yanaşma nəticəsində bu idman növü Azərbaycanda sürətlə inkişaf edib. O, təkcə idmançıların fiziki hazırlığı ilə deyil, eyni zamanda onların mənəvi və psixoloji formalaşmasına da ciddi diqqət yetirir.
Milli idmanın beynəlxalq uğurları
Cəsarət Əhmədovun rəhbərliyi dövründə Azərbaycan Qol Güləşi Federasiyası yeni dövrə qədəm qoyub. Federasiya ölkə daxilində keçirilən çempionatlarla yanaşı, beynəlxalq arenalarda da parlaq nəticələr əldə edib. Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında qalib kürsüsünə yüksəlir və bu, federasiyanın düzgün idarəçilik mexanizminin bariz nəticəsidir.
Bununla yanaşı, Cəsarət Əhmədovun Dünya Armrestlinq Federasiyası prezidentinin müşaviri vəzifəsinə seçilməsi onun yalnız milli səviyyədə deyil, beynəlxalq idman camiəsində də yüksək nüfuza malik olduğunu sübut edir. Bu vəzifə vasitəsilə o, dünya qol güləşi ailəsi ilə Azərbaycan arasında körpü yaradır, ölkəmizin idman potensialını daha geniş coğrafiyalara təqdim edir.
İlham Əliyevin idmana göstərdiyi diqqət və bu yolda Cəsarət Əhmədovun töhfələri
Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğı bu sahənin hərtərəfli inkişafını təmin edir. Cəsarət Əhmədov da bu strateji xəttə uyğun olaraq fəaliyyətini təşkil edir. Onun rəhbərliyi ilə qol güləşi idmanı bölgələrdə də geniş yayılıb, yeni idman zalları yaradılıb və region gəncləri üçün yeni üfüqlər açılıb. Bu gün Azərbaycan idmanının hər guşəsində Cəsarət müəllimin əməyini və töhfəsini görmək mümkündür.
Gənclərə dəstək və milli dəyərlərin təşviqi
Cəsarət Əhmədov təkcə idmançı yetişdirmir, o, həm də milli şüurlu gənclər formalaşdırır. Onun təşkil etdiyi bütün idman tədbirlərində milli-mənəvi dəyərlər ön plandadır. Bayrağımıza, dövlətimizə və şəhidlərimizə olan hörmət hər zaman yarışların və təlim-məşqlərin ayrılmaz hissəsidir. Şəhid ailələri və qazilərlə mütəmadi təmasda olmaq, onların övladlarını idmana cəlb etməklə Cəsarət Əhmədov bu sahədə də yüksək nümunə sərgiləyir.
Əməkdaşlığa açıq, gələcəyə ümidli bir lider
Federasiyanın idarə edilməsində şəffaflıq və komanda ruhu əsas prinsiplərdən biridir. Cəsarət Əhmədov daim istedadlı gəncləri dəstəkləyir, bölgələrdə istedad axtarışları aparılır, müxtəlif yaş qruplarında turnirlər təşkil edilir. Onun rəhbərliyi altında federasiya yalnız nəticəyə yox, eyni zamanda idmançının formalaşmasına və cəmiyyətə töhfəsinə önəm verir.
Nəticə olaraq:
Cəsarət Əhmədov sadəcə bir idman rəhbəri deyil – o, milli idmanın güc simvoludur. Onun fəaliyyəti, yaratdığı imkanlar və formalaşdırdığı nəsillər Azərbaycan idman tarixində iz qoyur. Hər bir qalibiyyətin arxasında bir az da onun zəhməti, uzaqgörənliyi və əzmkar ruhu dayanır.
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti və Dünya Armrestlinq Federasiyasının prezidentinin müşaviri Cəsarət Əhmədov - “107 il əvvəl Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın deyil, bütövlükdə Şərq və müsəlman dünyasının ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi tarixə düşdü. Milli şüurun oyanışının, dövlətçilik iradəsinin və xalqın öz müqəddəratını müəyyən etmək qətiyyətinin bariz nümunəsi olan bu tarixi hadisə təsdiq etdi ki, Azərbaycan xalqı öz müqəddəratını təyin etməyə qadirdir.”
Yarandığı ilk gün Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzaladı və Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi. Cəmi 23 ay mövcud oldu Azərbaycan Xalq Cümhuriyyəti. Bu qısa zaman ərzində Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdi. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən tarixi iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilməsi türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılmasından xəbər verdi. Həmçinin bu Bəyannamə tək bir müstəqil respublikanın yaradılması haqqında sənəd deyil, həmçinin tarixi yüzilliklərə söykənən bir xalqın mübarizliyinin, azadlıq duyğularının, qədim mədəniyyətinin, humanistliyinin, multikulturallığının təcəssümü idi.
Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Xalqımızın milli mənlik şüurunu özünə qaytaran Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman kəsiyində - 23 ayda gərgin, çətin bir şəraitində milli dövlətçilik ənənələrinin yeni səhifəsini yaratdı.
Azərbaycan xalqının dahi oğlu, Ulu Öndər Heydər Əliyev o tarixi günləri belə təhlil edirdi: “Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz normal fəaliyyətini davam etdirməsinə imkan verməmişdir. Rusiyadakı bolşevik hökuməti keçmiş çar Rusiyasının bütün ərazisində bolşevik üsul-idarəsini qurmağa cəhd göstərərək, Azərbaycanda istilaçılıq hərəkətlərinə başlamışdı. Respublikanın daxilində o cəhdləri dəstəkləyən qüvvələr azərbaycanlı olmamışlar. Eyni zamanda, Cümhuriyyətin hökumətində və onun yaratdığı parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr onun süqut etməsinə gətirib çıxarmışdır”.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və türk-müsəlman dünyasının ilk demokratik respublikası düşmən qüvvələrin təsiri ilə 1920-ci ilin 27 aprelində iflasa uğradı. Xalq yenidən 70 il müstəmləkə rejimində yaşamaq məcburiyyətində qaldı.
1991-ci ildə isə müstəqilliyimiz bərpa olunan respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dalğalanmağa başladı. “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.” – deyən Ulu ÖndərHeydər Əliyevin sayəsində yenidən əldə etdiyimiz müstəqilliyimiz əbədilik qazandı. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı.
Ulu Öndərin layiqli varisi Prezident cənab İlham Əliyevin müdrik, praqmatik siyasəti sayəsində bu tarixi gün hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir. 2022-ci il, 28 May –Müstəqillik Günündə Ağalı sakinləri ilə görüşən cənab İlham Əliyev 2023-cü ildə Laçın şəhərinin sakinlərilə görüşərək onlara evlərinin açarını təqdim etdi. 2024-cü il Müstəqillik Günündə isə bu sevinci Xocalı sakinləri yaşadı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün işğaldan azad olunmuş ərazilərdə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Müstəqil Azərbaycanın Qalib Liderinin qeyd etdiyi kimi: müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”.
- 3