Fərhad Həsənov – Respublika Neyrocərrahiyyə Xəstəxanasının inkişafına zəhmətlə imza atan dəyərli rəhbər
Azərbaycan səhiyyə sistemində öz yeri və çəkisi olan bir çox aparıcı tibb müəssisələri sırasında Respublika Neyrocərrahiyyə Xəstəxanası xüsusi əhəmiyyətə malikdir. Bu tibb ocağının rəhbəri, ixtisaslı səhiyyə təşkilatçısı və təcrübəli menecer Fərhad Həsənov, uzun illərdir ki, peşəkarlıq, idarəçilik və humanist dəyərlərlə bu önəmli quruma rəhbərlik edərək minlərlə insana ümid və şəfa yolu açır.
Fərhad Həsənov öz fəaliyyəti ilə yalnız xəstəxana daxilində deyil, ümumilikdə ölkə səhiyyəsində müasir idarəetmənin tətbiqinə töhfə verən ziyalı şəxsiyyətlərdəndir. Onun rəhbərliyi ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasında beynəlxalq tibbi standartlara uyğun modernizasiyalar aparılıb, ən müasir tibbi avadanlıqlar alınaraq həkimlərin istifadəsinə verilib, pasiyent məmnunluğuna əsaslanan yeni iş prinsipi formalaşdırılıb.
İnsan həyatı ilə birbaşa bağlı olan neyrocərrahiyyə sahəsində çalışmaq – həm böyük peşəkarlıq, həm də yüksək insani dəyərlər tələb edir. Fərhad Həsənov bu xüsusiyyətləri özündə birləşdirərək, təkcə inzibati rəhbər deyil, eyni zamanda xəstələrin psixoloji durumuna diqqət yetirən bir mərhəmət sahibidir. Onun təşəbbüsü ilə xüsusilə ağır və həyati vacib əməliyyatlara hazırlıq və bərpa mərhələlərində tibbi personalın xəstəyə yanaşma etikası daha da təkmilləşdirilib. Belə yanaşma xəstəxananın fəaliyyətinə olan inamı artırıb, pasiyentlər arasında müsbət rəy formalaşdırıb.
Fərhad Həsənovun fəaliyyəti, Prezident İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının real nümunəsi kimi qiymətləndirilə bilər. O, dəfələrlə bildirib ki, ölkə rəhbərinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə islahatları çərçivəsində həyata keçirdiyi təşəbbüslər bu sahənin inkişafına böyük təkan verir və tibb işçiləri üçün həm stimuldur, həm də məsuliyyət.
Fərhad Həsənov şəhid ailələri, qazilər və aztəminatlı təbəqəyə xüsusi həssaslıqla yanaşan bir rəhbər kimi tanınır. Onun rəhbərlik etdiyi tibb müəssisəsində bu kateqoriyadan olan şəxslərə daim xüsusi diqqət və xidmət göstərilir. Qurban bayramı kimi bərəkət və mərhəmət ruhu daşıyan günlərdə Fərhad müəllim, hər zaman ehtiyaclı ailələrin yanında olur, yardım aksiyalarına şəxsən qoşulur, öz nümunəsi ilə həmkarlarına da sosial məsuliyyətin vacibliyini aşılayır.
Qarşıdan gələn Qurban Bayramı münasibətilə Fərhad Həsənov Azərbaycan xalqını səmimi qəlbdən təbrik edərək bildirir ki, bu müqəddəs bayram mərhəmətin, paylaşmanın, birliyin simvoludur. Onun sözlərinə görə, bu bayramda hər bir insan daha çox xeyirxah işlər görməyə çalışmalı, ehtiyacı olan insanlara yardım etməli, onların qəlbinə sevinc bəxş etməlidir.
Fərhad Həsənovun timsalında biz yalnız yüksək ixtisaslı bir tibb rəhbəri deyil, həm də insana, millətə və dövlətə sədaqətlə xidmət edən bir ziyalı görürük. Onun fəaliyyəti Azərbaycan səhiyyəsinin sabaha inamla baxmasına xidmət edir və gələcək nəsil tibb işçiləri üçün əsl nümunə rolunu oynayır.
- 7