Sabitliyin və Sakitliyin Qoruyucusu – Mingəçevirin Fəxri, Polis Polkovniki Ədalət Əliyev
2 iyul – Azərbaycan Polisi Günü təkcə polis əməkdaşlarının deyil, eyni zamanda onların xidmətindən faydalanan hər bir vətəndaşın dəyərləndirdiyi gündür. Çünki polis – təhlükəsizliyin, asayişin və qanunun keşikçisidir.
Bu şərəfli peşənin daşıyıcısı olan Ədalət Əliyev, Mingəçevir şəhərində polis xidmətini təkcə icra edən yox, onu dəyərlərlə zənginləşdirən bir rəhbər kimi tanınır. Onun fəaliyyəti peşəkarlıqla yanaşı, insani münasibətlərə, ədalətə və şəffaflığa əsaslanır.
Ədalət müəllim, şəhərin hər küncündə asayişin qorunmasından tutmuş, əhalinin müxtəlif təbəqələrinin təhlükəsizlik ehtiyaclarına qədər hər detala diqqətlə yanaşır. O, gənclər arasında hüquq mədəniyyətinin formalaşmasına xüsusi önəm verir və Mingəçevirdə bir çox maarifləndirici layihələrə dəstək göstərmişdir.
Polis orqanlarında həyata keçirilən islahatlara tam uyğun şəkildə, Daxili İşlər Naziri Vilayət Eyvazovun rəhbərliyi altında sistemli yenilənməyə sadiq qalaraq, Ədalət Əliyev idarəetmədə müasir yanaşmalar və innovativ metodlar tətbiq edir.
Arbkanal.com kollektivi olaraq, polis polkovniki Ədalət Əliyevə Azərbaycan Polisi Günü münasibətilə ən səmimi arzularımızı çatdırırıq: daim yüksək xidmət motivasiyası, şəxsi rifah və dövlətə sədaqətlə dolu illər arzulayırıq!
- 1