28 vətəndaşımız bu ölkədən çıxarıldı

İyulun 8-i Azərbaycan vətəndaşı olan 28 nəfər Almaniyadan geri qəbul edilib.
“Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bu, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində baş tutub.
Həmçinin qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
- 0