“Ağsu Siti Yenidən Meydandadır: Böyük Qayıdış Başladı!”
Əfsanə Geri Döndü, “Ağsu Siti” Futbol Klubu Yenidən Səhnədə! Azərbaycanımızın gözəl bölgələrindən biri olan Ağsu şəhərinin yeganə futbol klubu – “Ağsu Siti” yenidən fəaliyyətə başlayır. Klubun prezidenti Rəmzi Eminli verdiyi müsahibəsində “Ağsu Siti” Futbol Klubunun rəsmi şəkildə bərpa olunduğunu elan edib.
Yeni mərhələdə klubun əsas məqsədi uşaq futbolunun inkişafına töhfə verməkdir. Belə ki, 7-14 yaş arası uşaqlar üçün yüksək kateqoriyalı məşqçilərlə ödənişsiz məşqlər təşkil olunacaq. Bu təşəbbüs həm bölgədəki gənc istedadların üzə çıxarılmasına, həm də futbolun kütləviləşməsinə ciddi töhfə verəcək.
Klub prezidenti Rəmzi Eminliyə bu nəcib işində uğurlar və daim zirvədə olmağı arzulayırıq. Eyni zamanda, bütün Ağsu ictimaiyyətini öz doğma komandası olan “Ağsu Siti”ni dəstəkləməyə çağırırıq.
Rəmzi Eminli bildirib ki, 2025–2026-cı il futbol mövsümündə “Ağsu Siti” Region Liqasından start götürəcək. Məqsəd isə təcrübəli ağsulu futbolçular və gənc istedadlarla birlikdə Premyer Liqaya qədər yüksəlməkdir.
Biz də bu yolda “Ağsu Siti” Futbol Klubuna uğurlar arzulayırıq. Əminik ki, bu klub yaxın gələcəkdə həm rayonun, həm də ölkə futbolunun fəxrinə çevriləcək!
- 3