Böyük Qayıdışın Zəfər Salnaməsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü

Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ölkəmizdə artıq ikinci ildir ki, böyük qürur, coşğu və yüksək ruh yüksəkliyi ilə qeyd olunur. Bu əlamətdar gün dövlətimizin suverenliyinin tam bərpa olunmasının, tarixi ədalətin təntənəsinin və Qarabağın yenidən dirçəlişinin rəmzidir. Ağdərə rayonunun bərpası və regionun yenidən qurulması ilə bu torpaqlar öz tarixi sahiblərinə qucaq açır, doğma ocaqlar yeni həyata qədəm qoyur.İşğaldan azad edilmiş ərazilər bu gün sürətlə və uğurla məskunlaşdırılır. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr soydaşlarımızın dədə-baba torpaqlarına təhlükəsiz və ləyaqətlə qayıdışını təmin edir. 2026-cı il avqust ayının 17-nə olan məlumata əsasən, Xankəndi şəhərində 76 ailə (332 nəfər), Kərkicahan qəsəbəsində isə 43 ailə (174 nəfər) olmaqla, cəmi 119 ailə — 506 nəfər həmyerlimiz öz doğma yurduna qovuşaraq məskunlaşıb. Bu rəqəmlər hər gün böyüyən və şaxələnən Böyük Qayıdışın real mənzərəsini nümayiş etdirir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş ərazilərə ardıcıl səfərləri regionun sosial-iqtisadi, mənəvi və mədəni dirçəlişinin təməl daşıdır.Dövlətimizin başçısının Xankəndi şəhərinə səfərləri zamanı – 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması və Kərkicahan qəsəbəsinə baxış keçirilməsi, 8 noyabr 2023-cü ildə Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın təşkili, 21 dekabr 2023-cü ildə "Qarabağ" MOİK oyunu və idman ictimaiyyəti ilə görüş, eləcə də 7 fevral 2024-cü ildə birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Xankəndidə səs vermələri tarixi anlar kimi yaddaşlara həkk olunub.
Xocavənd rayonuna səfərlər çərçivəsində 14 yanvar 2021-ci ildə Böyük Tağlar kəndi ilə tanışlıq; 15 mart 2021-ci ildə Edilli, Düdükçü kəndləri, Hadrut qəsəbəsində Dövlət bayrağının ucaldılması, Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun təməlqoyma mərasimi, Hünərli və Tuğ kəndlərindəki qədim Alban məbədləri, Tuğ kəndindəki dağıdılmış məktəb binası və Azıx mağarası ilə tanışlıq baş tutmuşdur. 14 iyun 2021-ci ildə Zəfər yolunun Xocavənd ərazisindən keçən hissəsində 86 metr uzunluğunda tunelin təməli qoyulmuşdur.Xocalı rayonuna səfərlər zamanı isə 20 iyul 2023-cü ildə Çanaqçı və Sığnaq kəndlərinə baxış keçirilmiş, 15 oktyabr 2023-cü ildə Xocalı şəhərində və Əsgəran qəsəbəsində Dövlət Bayrağı ucaldılmış, Əsgəran qalasına, həmçinin Şuşakənd kəndinin ərazisinə baxışlar həyata keçirilmişdir.
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yenidən qurulur, bərpa edilir və dirçəlir. Ali Baş Komandanın rəhbərliyi ilə atılan hər bir addım şanlı Qələbəmizin nizamlı quruculuq salnaməsinə çevrilir. Doğma yurdlarımıza qayıdan həyat bir daha sübüt edir ki, Qarabağ Azərbaycandır!
Maştağa qəsəbəsi,293 saylı tam orta məktəbin
Coğrafiya müəllimi Mail Kərimov
- 1

