Sahibkarlıqda Zəhmət və Zəfərin Nümunəsi: Kəbirə Məmmədovanın Binə Ticarət Mərkəzinə Verdiyi Dəyərli Töhfə
Azərbaycanın ən böyük və strateji əhəmiyyətə malik ticarət məkanlarından biri olan Binə Ticarət Mərkəzinin idarə olunmasında böyük əzm, prinsipiallıq və peşəkarlıq nümayiş etdirən Kəbirə xanım Məmmədova bu sahədə nümunəvi rəhbər obrazı kimi tanınır. Onun rəhbərliyi altında mərkəz yalnız ticarət fəaliyyətinin aparıldığı bir məkan olaraq qalmayıb, eyni zamanda minlərlə insanın iş və dolanışıq yeri, sosial təminat mənbəyi, iqtisadi sabitliyin dayaqlarından biri kimi formalaşıb.
Kəbirə Məmmədovanın rəhbərlik etdiyi dövrdə Binə Ticarət Mərkəzində müasir idarəetmə prinsiplərinin tətbiqi, infrastrukturun təkmilləşdirilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı və məqsədyönlü işlər görülmüşdür. O, bu böyük ticarət kompleksinin sadəcə bazar deyil, həm də ölkə iqtisadiyyatına ciddi töhfə verən iqtisadi mexanizmə çevrilməsi üçün var gücü ilə çalışır.
Kəbirə xanımın yüksək təşkilatçılıq qabiliyyəti və rəhbərlik bacarığı nəticəsində ticarət mərkəzində çalışan sahibkarların hüquqları, təhlükəsizliyi və şəraitləri daima diqqətdə saxlanılır. Onun ədalətli və insan yönümlü idarəçilik anlayışı burada çalışan minlərlə sahibkarın və işçinin inamını qazanıb.
O, həmçinin qadın rəhbər kimi cəmiyyətimizdə qadınların idarəçilikdə roluna dair uğurlu nümunələrdən biridir. Kəbirə xanım təkcə ticarət mərkəzinin uğurlu fəaliyyəti ilə kifayətlənmir, eyni zamanda sosial məsuliyyət daşıyan rəhbər olaraq da tanınır. O, müxtəlif sosial layihələrə, aztəminatlı ailələrə, şəhid və qazi ailələrinə yardımların göstərilməsinə, yerli icmaların inkişafına yönəlmiş təşəbbüslərdə də fəallıq göstərir. Bu yanaşma onun həm sahibkar, həm də xeyirxah insan kimi şəxsiyyətini bir daha təsdiqləyir.
Binə Ticarət Mərkəzinin müasir bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə yenidən qurulması, texnoloji imkanlarla təchiz edilməsi, logistik xidmətlərin təkmilləşdirilməsi istiqamətində Kəbirə Məmmədovanın təşəbbüsləri təkcə ticarətçilər arasında deyil, bütövlükdə işgüzar çevrələrdə də rəğbətlə qarşılanır.
Onun rəhbərliyi ilə Binə Ticarət Mərkəzi hazırda təkcə Bakı şəhəri və Abşeron yarımadası üçün deyil, bütün regionlardan gələn alıcı və satıcılar üçün əlverişli şərait yaradan mühüm məkana çevrilib. Bu isə bir daha sübut edir ki, düzgün idarəetmə, vətənə və xalqa bağlılıq olan yerdə inkişaf, rifah və nəticə qaçılmazdır.
Kəbirə Məmmədovanın rəhbərlik missiyası yalnız iqtisadi göstəricilərlə ölçülmür. Onun fəaliyyəti həm də insanların sabahına, ailələrinin təminatına və ümumən ölkənin iqtisadi inkişafına xidmət edir. O, illərdir ki, bu yolda əzmlə çalışır, sabitlik və inkişafa töhfə verir. Bu uğurlar isə onun öz işinə və insanlara olan səmimi münasibətinin nəticəsidir.
- 8