Xaçmaz rayonunun Nabran kəndinin girişində, sağ tərəfdə yerləşən və Rahib bəy ilə Nailə xanımın işlədiyi “Oazis” restoranı ilə bağlı bir sıra ciddi qanunsuz fəaliyyətlər iddia olunur.
Əldə etdiyimiz məlumata görə, sözügedən restoran heç bir dövlət vergi öhdəliyini yerinə yetirmir. Vergi orqanlarına qeydiyyatsız şəkildə fəaliyyət göstərən bu ictimai iaşə obyektində bir neçə nəfər işçi çalışmasına baxmayaraq, onlarla əmək müqaviləsi bağlanmayıb. Bu isə əmək qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir.
Bundan əlavə, restoran müştərilərdən ödənişləri rəsmi qaydada qəbul etmədən, birbaşa kartdan-karta sistemi ilə həyata keçirir. Belə qeyri-rəsmi ödənişlərin heç biri üçün nə POS terminaldan istifadə olunur, nə də ki, rəsmi qəbz təqdim edilir. Bu isə həm vergi itkilərinə, həm də şəffaflığın pozulmasına səbəb olur.
Məsələ ilə bağlı aidiyyəti olan dövlət qurumlarına artıq müraciət edilib və məsələ nəzarətə götürülüb. Vətəndaşlar inanır ki, hüquqi tədbirlər görüləcək və belə halların qarşısı qətiyyətlə alınacaq.
Bu kimi halların qarşısının alınması üçün hüquq-mühafizə orqanlarının, Əmək Müfəttişliyi və Dövlət Vergi Xidmətinin birgə yoxlamalara başlaması gözlənilir.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırq.